Türkiyə İslandiyaya nota verdi
Türkiyə futbol üzrə bu ölkənin milli komandasının “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində İslandiya ilə səfər matçı üçün gəldiyi Keflavik hava limanında əsassız səbəblərlə üç saata yaxın gözlədilməsinə görə rəsmi Reykyavikə nota verib.
Sportfm.az xəbər verir ki, nota Türkiyənin Norveçdəki səfirliyi vasitəsilə İslandiya hökumətinə təqdim edilib. Notada futbolçuların ölkəyə girişi zamanı pasport qeydiyyatında uzun müddət gözlədilmələri, yoxlanış zamanı komanda üzvlərinin əşyalarının uzun müddət araşdırılması, aidiyyəti şəxslərin millinin üzvlərinə kobud davranışları qınanıb və məsələ ilə əlaqədar müvafiq tədbirlərin görülməsi tələb edilib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məsələ ilə əlaqədar bildirib: “Milli komandamıza İslandiyada göstərilən münasibət qəbuledilməzdir”.
Qardaş ölkənin Norveçdəki səfiri Fazlı Çorman da Türkiyənin məsələ ilə əlaqədar narahatlığının çatdırılması və lazımi tədbirlərin görülməsi üçün İslandiyaya səfər edib.
Qeyd edək ki, “Avro 2020”nin seçmə mərhələsinin H qrupunda yer alan Türkiyə millisi iyunun 11-də qrupda dördüncü görüşündə İslandiya yığması ilə qarşılaşacaq. Türkiyə seçməsi H qrupunda keçirdiyi üç oyunda maksimum nəticə göstərək qrupa liderlik edir.
Oxşar xəbərlər
Ceyhun Bayramov Türkiyə millisinə dəstək verdi – FOTO
AFFA Avropa Çempionatı ilə bağlı razılıq verdi
AFFA UEFA-ya təsdiq göndərdi - AVRO-2020 ilə bağlı
İslandiya - Türkiyə 2:1 - VİDEO
Türkiyə millisinə qarşı böyük hörmətsizlik - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası