Akrobatika və idman gimnastikası üzrə ölkə birinciliyi keçiriləcək
İyunun 8-9-da Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı ölkə birinciliyi və paytaxt çempionatı təşkil olunacaq.
Sportfm.az xəbər verir ki, iki gün davam edəcək yarışa idman gimnastları start verəcəklər. İştirakçılar yarışlar ərzində böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar və kiçiklər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.
Akrobatlar isə yeniyetmələr, uşaqlar və balacalar yaş kateqoriyasında yer alaraq, qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında yarışacaqlar.
Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Neftçi” klubları, Nizami rayonu idman məktəbi, Sumqayıt və Balakəni təmsil edəcək.
Yarışa biletləri arenanın kassasından, “Gənclik Mall” alış-veriş mərkəzindən, həmçinin onlayn (https://ticketing.mga.az/az/) əldə etmək mümkündür. Biletlərin qiyməti 5 manat təşkil edir. Hər iki günə bilet alan tamaşaçıları isə xüsusi endirimlər gözləyir.
Oxşar xəbərlər
Batut gimnastikası üzrə Azərbaycan çempionatları keçiriləcək
Gimnastikanın 3 növü üzrə yerli yarışlar keçiriləcək
150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparır
İdman və akrobatika gimnastikası üzrə birinciliklər keçiriləcək
Birgə çempionat davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası