Finalı izləmək üçün 60 min azarkeş gəldi
“Bütün mülki aviasiya strukturları UEFA Avropa Liqasının finalının keçirildiyi dövrdə ölkəmizə gələn qonaqlara və idmançılara yüksək səviyyəli xidmət göstərilməsini təmin ediblər”.
Sportfm.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat verib.
Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysi, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb.
Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib.
Sərnişin axını və uçuş-eniş əməliyyatları üzrə hava limanının infrastrukturunda yüklənmənin pik vaxtının 30 may tarixində müşahidə edilməsi gözlənilir. Gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 164 reysə və 18 mindən çox sərnişinə xidmət göstərəcək.
Paytaxtın hava limanından mayın 30-da rekord sayda - 100-dən çox təyyarə uçuş həyata keçirəcək.
Reyslərin çoxu London-Bakı-London marşrutu üzrə həyata keçirilir. Həmçinin, Frankfurt, Vyana, Buxarest, Madrid, Nitsa, Afina, Stokholm, Doha və bir sıra digər şəhərlərdən nümayəndə heyətləri, pərəstişkarlar və azarkeşlər gəlmişdirlər.
“Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək təhlükəsizlik səviyyəsi və mükəmməl xidmət keyfiyyətini təmin edib, aeroportun bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib”, - deyə AZAL bəyan edib.
Məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportu bu günlərdə hava limanı üçün yeni olan aviaşirkətlərin – “Enter Air”, “Blue Panorama Airlines”, “Maleth Aero Aoc Limited”, “Hifly Airlines”, “WamosAir”, “Getjet Airlines” və digər çarter aviaşirkətlərinin təyyarələrini qarşılayıb. Onlar arasında Londondan göyərtəsində təxminən 500 sərnişin ilə gələn “Hi-Fly” aviaşirkətinə məxsus ən böyük sərnişin təyyarəsi “Airbus A380” olub.
Oxşar xəbərlər
"Neftçi" məşhur şirkətlə müqavilə bağladı - 1 illik
AZAL Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi tərəfdaşı oldu
Bakı finalı üçün neçə əcnəbiyə “ASAN Viza” verilib?
Bakı finalında problem olmayacaq - AZAL məlumat yaydı
“Qarabağ”-“Çelsi” oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası