reklam
Sportfm.az xəbər saytı

"Neftçi" məşhur şirkətlə müqavilə bağladı -1 illik


3 ildi “Gələcək üçün buradayıq!” şüarı ilə “Neftçi”yə dəstək verən və klubla əməkdaşlıq edən “Türk Hava Yolları” ilə başa çatan brend əməkdaşlıq müqaviləsinin müddəti uzadılıb.

Sportfm.az xəbər verir ki, Türkiyənin dünya markası daha 1 il komandaya dəstək verəcək. Məlumatı klubun saytı yayıb.
Yeni müqaviləyə əsasən, “Türk Hava Yolları” “Neftçi”nin titul sponsoru olmağa davam edəcək. Əsas və əvəzedici komandaların oyun və məşq formalarının üzərində yenə də şirkətin loqosu öz əksini tapacaq. Komandaya məxsus təlim-məşq bazası “Türk Hava Yolları Futbol Mərkəzi” adını daşıyacaq. Bundan əlavə, kluba məxsus “Neftçi TV” və sosial şəbəkələrdə, o cümlədən bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında qardaş ölkənin aviaşirkətinin loqosu yerləşdiriləcək.
1933-cü ildə yaradılmış, həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdü. 128 ölkədə 278 beynəlxalq və 50 daxili olmaqla 328 istiqamət üzrə uçuşlar həyata keçirən 373 (sərnişin və yük) təyyarə parkına malikdi. 2018-ci ildən Azərbaycan futbolunun flaqmanı “Neftçi”yə maddi və mənəvi cəhətdən öz dəstəyini verir.

Oxşar xəbərlər

“Türk Hava Yolları” “Neftçi” ilə əməkdaşlığı dayandırdı
"Neftçi" müqavilənin müddətini artırdı - "Türk Hava Yolları" ilə
“Neftçi”nin təlim-məşq bazasının adı dəyişdirildi
"Neftçi" "Türk Hava Yolları" ilə əməkdaşlıq müqaviləsi imzaladı - FOTO
"Neftçi" "Barselona"nın sponsoru ilə anlaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər