reklam
Bakıdan gedəcək və İngiltərə klubunda idman direktoru olacaq
Sportfm.az xəbər saytı

Bakıdan gedəcək və İngiltərə klubunda idman direktoru olacaq


"Arsenal"ın qapıçısı Petr Çex mövsümün sonunda sabiq klubu "Çelsi"yə qayıdacaq. 

Sportfm.az xəbər verir ki, Avropa Liqasının Bakıda keçiriləcək final oyunundan sonra karyerasını bitirəcəyini açıqlayan çexiyalı qolkiper "zadəganlar"ın idman direktoru olacaq. 

2017-ci ilin noyabrında Maykl Emanolanın istefasından sonra London klubunda sözügedən vəzifə boş qalıb. 

Çex 2004-2015-ci illərdə "Çelsi"nin formasını geyinib. 4 dəfə İngiltərə çempionu və ölkə kubokunun sahibi olan 37 yaşlı qapıçı 3 dəfə də Liqa kubokunu qazanıb. 

O, 2012-ci ildə Çempionlar Liqası, bir il sonra isə Avropa Liqasında qələbə sevinci yaşayıb.

Oxşar xəbərlər

Əfsanə futboldan getdi
Abramoviç Bakıya gəlir
"Çelsi" 37 yaşlı futbolçunun müqaviləsini uzatdı
Vəliyev Sumqayıtı Bakıya dəyişdi
"Zenit"in idman direktoru dünyasını dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər