Abramoviç Bakıya gəlir
“Çelsi” klubunun sahibi Roman Abramoviç UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gələcək.
Sportfm.az xəbər verir ki, viza problemi üzündən “zadəganlar”ın Londondakı son ev matçlarını tribunadan izləyə bilməyən 53 yaşlı rusiyalı milyarder İsrail vətəndaşlığı alıb.
Bildirilir ki, Abramoviçin Azərbaycan səfərində məqsəd həm “Çelsi”yə dəstək olmaq, həm də kluba sadiqliyini ictimaiyyətə nümayiş etdirmək istəyidir.
Rusiyalı biznesmen 2003-cü ildən "Çelsi"nin sahibidir. İş adamı klubu 140 milyon dollara alıb. Onun rəhbərliyin dövründə London klubu 5 dəfə ölkə çempionu, tarixində ilk dəfə - 2012-ci ildə Çempionlar Liqasının, 2013-cü ildə isə Avropa Liqasının qalibi olub.
Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Abramoviç "Çelsi”ni satmaq istəyir - 2 milyarda
Roman Abramoviç Bakıya gəldi - FOTO
Futbolçulara ən çox maaş ödəyən klubun adı açıqlandı
Premyer Liqa klubu satışa çıxarıldı
Abramoviç “Çelsi”ni satmaqdan imtina etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası