reklam
Miri Yusif Dünya Çempionatının ulduz səfiri seçildi
Sportfm.az xəbər saytı

Miri Yusif Dünya Çempionatının ulduz səfiri seçildi


Azərbaycanın əməkdar artisti, mügənni Miri Yusif bu ilin sentyabr ayında (16-22) Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatının ulduz səfiri seçilib.

Sportfm.az xəbər verir ki, gənclərin sevimli ifaçısı, hit mahnıların müəllifi Dünya Çempionatına hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi  proqramda iştirak edəcək. Bunlarla yanaşı, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.

Xatırladaq ki, Dünya Çempionatının daha bir səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı (1996, Atlanta), keçmiş gimnast Yana Batırşinadır.

Hər iki ulduz səfir aprel ayında paytaxtımızda baş tutmuş bədii gimnastika üzrə Dünya Kubokunda qonaq olaraq, yarışları böyük maraqla izləmişlər.

Oxşar xəbərlər

37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirildi
Bakıda bədii gimnastika üzrə dünya çempionatı start götürür
Gimnastlar ağac əkəcək
Azərbaycanlı müğənni II Avropa Oyunlarının səfiri oldu - FOTO
Timur Vaynşteynin həyat yoldaşı Bakıda keçiriləcək dünya çempionatının səfiri seçildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər