reklam
Azərbaycanlı müğənni II Avropa Oyunlarının səfiri oldu -
Sportfm.az xəbər saytı

Azərbaycanlı müğənni II Avropa Oyunlarının səfiri oldu -FOTO


Belarusda keçiriləcək “II Avropa Oyunları” idman yarışının ulduz səfiri Əməkdar artist Tünzalə Ağayeva seçilib.

Sportfm.az xəbər verir ki, Belarusun Azərbaycandakı səfirliyində əməkdar artist Tünzalə Ağayevaya “II Avropa Oyunlarının ulduz səfiri” sertifikatı təqdim edilib.

Sertifikatı Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç təqdim edib.

Səfir Belarusun “II Avropa Oyunları”na çox fəal şəkildə hazırlaşdığını bildirib.

“Azərbaycan “I Avropa Oyunları”nı çox yüksək səviyyədə keçirib və bu səbəbdən də Belarus tədbirin keçirilməsinə daha məsuliyyətlə yanaşır”, - deyə Gennadiy Axramoviç qeyd edib.

Qeyd edək ki, Belarusun Xalq artistləri Askold və Edqard Zapaşniy, Belarus Respublikasının BMT Uşaq Fondu (UNICEF) nümayəndəsi Dr. Raşed Mustafa Sarvar, Ukraynanın məşhur müğənnisi Ani Lorak və fiqurlu konki sürmə üzrə Rusiya çempionu Aleksey Yaqudin “II Avropa Oyunları”nın ulduz səfiri seçilib.

Oxşar xəbərlər

III Avropa Oyunlarına yeganə namizəd ölkə müəyyənləşdi
Azərbaycanı Avropa Oyunlarında 80 idmançı təmsil edəcək
Miri Yusif Dünya Çempionatının ulduz səfiri seçildi
Səmədov Avropa Liqası finalının səfiri oldu
II Avropa Oyunları üçün bilet satışının tarixi açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər