Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri start götürdü
Mayın 25-də Bakıda paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turniri start götürüb.
Sportfm.az xəbər verir ki, yarışda Azərbaycanı 7 çəki dərəcəsi üzrə 9 idmançı təmsil edir. Kişilərin yarışında idmançılarımızdan Vüqar Şirinli, Orxan Qarayev (60 kq), Namiq Abbaslı, Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq), İlham Zəkiyev (100 kiloqramdan yuxarı) mübarizə aparırlar.
Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançımız çıxış edir. Millimizin üzvləri Şahanə Hacıyeva (48 kq), Bəsti Səfərova, Səbinə Abdullayeva (52 kq), Afaq Sultanova, Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq), Dürsədəf Kərimova, Xatirə İsmiyeva (70 kiloqramdan yuxarı) turnirdə iştirak edirlər.
Ümumilikdə yarışda 38 ölkədən 200 idmançı mübarizə aparır.
Qran-Pri turniri Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Oxşar xəbərlər
8 idmançımız Bakıdakı DÇ-yə buraxılmadı
Paracüdoçularımızdan iki qızıl medal - Bakı Qran-Prisi
Cüdoçularımızın dünya reytinqi - SİYAHI
Paracüdoçular Daşkənd Qran-Prisində güclərini sınayır
Azərbaycanı təmsil edən idmançıların adları dəqiqləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçuları günü medalsız bitirdi - Böyük Dəbilqə
-
“Qəbələ” 1–1 “Qarabağ” - VİDEO
-
"Sumqayıt"dan qələbə, "Qəbələ" - "Qarabağ" matçında bərabərlik - Premyer Liqa
-
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş qəsəbələrarası futbol turniri keçirilib
-
FİFA “Qarabağ”a transfer qadağası qoydu
-
6 oyunun hakimləri açıqlandı - İkinci Liqa















Misli Premyer Liqası