Bakıda qonaqları onlar daşıyacaq -FOTO
KIA Motors Corporation (KMC) ilə UEFA arasında 2018-ci ildə bağlanmış müqaviləyə əsasən, Avropa Liqasının final oyunlarında qonaqların daşınması məhz bu şirkətin istehsalı olan avtomobillərlə həyata keçiriləcək.
Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avroliqanın final qarşılaşması ilə bağlı tədbirlərdə istifadə olunması üçün KMC şirkətinin ölkəmizdəki rəsmi distribütoru KIA Azərbaycan tərəfindən 70 ədəd yeni model KIA avtomobili gətirilib.
Modellər arasında Optima, Carnival, Sportage, Sorento, K900 və Stinger yer alıb.
Mayın 23-dən 30-dək müddətdə final oyunu ilə bağlı tədbirlərdə istifadə olunacaq avtomobilləri sürücü ilə UEFA tərəfindən müəyyənləşdirilmiş şirkət təmin edəcək.
Avtomobillər əsasən UEFA-nın rəsmi şəxsləri və final qarşılaşmasına gələcək VIP qonaqların hava limanından otellərə, həmçinin oyunla bağlı müxtəlif tədbir məkanlarına daşınması üçün nəzərdə tutulub.
Həmin avtomobillər artıq UEFA Avropa Liqası Finalı Bakı-2019-a uyğun şəkildə brendinq olunub.
Bu, KMC şirkətinin Avropa Liqası turnirində UEFA ilə ilk əməkdaşlığıdı.



Oxşar xəbərlər
UEFA Avropa Liqasının kuboku Dubayda sərgilənir
UEFA tərəfdaşlarının ölkəmizə işgüzar səfəri oldu - FOTO
UEFA Avropa Liqasının kuboku Moskvada sərgilənir - FOTO
UEFA Bakıda keçiriləcək finalda VAR sistemindən istifadə edəcək
Final oyununun tərəfdaşları Bakıda səfərdə oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Jalə Əliyeva Avropa üçüncüsü oldu - Uğur
-
UEFA-dan argentinalı futbolçuya ağır cəza
-
Yankoviç hər şeyi açıqladı - Rəvan Həmzazadə söyüş söyüb!
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Final matçının ölkəmizdə təşkilinin tərəfdarıyıq" - Sərxan Hacıyev
-
“Neftçi” - “Qarabağ” matçına 6000 bilet satıldı















Misli Premyer Liqası