reklam
Moura Çempionlar Liqası tarixinə düşdü
Sportfm.az xəbər saytı

Moura Çempionlar Liqası tarixinə düşdü


"Tottenham" Çempionlar Liqasının yarımfinalının cavab oyununda "Ajax"ı məğlub edərək, finala vəsiqə qazanıb.

Sportfm.az xəbər verir ki, sözügedən qarşılaşmada londonluların hər 3 qolunu vuran Lukas Moura, Çempionlar Liqası tarixinə düşüb.

Belə ki, Moura Çempionlar Liqası tarixində yarımfinal mərhələsində het-trik edən 5-ci futbolçu olub. Mouradan əvvəl Alessandro Del Pyero, İşiva Oliç, Robert Levandovski və Kriştiano Ronaldo ÇL-in yarımfinalında 3 qol vurmağı bacarıb.

Xatırladaq ki, "Tottenham" ilk oyunda "Ajax"a 0:1 hesabıyla məğlub olsa da, cavab qarşılaşmasında 3:2 hesablı qələbə qazanaraq, finala vəsiqə qazanıb.

Oxşar xəbərlər

Benzemadan mükəmməl göstərici
"Çelsi" "Real Madrid"ə qarşı - Çempionlar Liqası
İranlı futbolçudan tarixi rekord - Çempionlar Liqası
Komandasını finala daşıdı, ən yaxşı seçildi
Bir oyundan rekord məbləğdə gəlir əldə etdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər