reklam
Bir oyundan rekord məbləğdə gəlir əldə etdilər
Sportfm.az xəbər saytı

Bir oyundan rekord məbləğdə gəlir əldə etdilər


"Yuventus" Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko"yla qarşılaşdığı oyun üçün bilet satışından gələn gəliri açıqlayıb.

Sportfm.az xəbər verir ki, Turin təmsilçisi sözügedən qarşılaşmada bilet satışından 5,5 milyon avro qazanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu, "Yuventus" tarixində bilet satışından qazanılan ən yüksək məbləğdir.

Bundan əvvəl "Yuve" Çempionlar Liqasının qrup mərhələsinin "Mançester Yunayted"lə ev oyununda (1:2) bilet satışından 5 milyon avro qazanmışdı.

"Qoca sinyora" ilk oyunda "Atletiko"ya 0:2 hesabıyla məğlub olmasına baxmayaraq, cavab matçında 3:0 hesablı qələbə qazanaraq, ÇL-də 1/4 finala yüksəlib.

Oxşar xəbərlər

Bilet satışından bir milyon gəlir - Çempionlar Liqası
Futbolçu satışından ən çox qazanan klub müəyyənləşdi - SİYAHI
Ən çox gəlir gətirən stadionun adı açıqlandı
"İnter" bilet satışından rekord gəlir əldə etdi
AFFA qazancını açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər