"Qartallar"ın 10-cu dublu
"Zirə"nin futbolçusu Mirsahib Abbasov klubun heyətində ilk dubluna imza atıb.
Sportfm.az xəbər verir ki, 25 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınan “Qarabağ”la səfər matçında fərqlənib. Hücumçu 27 dəqiqəyə 2 qol vurub. Bu, “Zirə”nin tarixində 17-ci, Premyer Liqada isə yubiley - 10-cu dubldur.
Mirsahib ölkə çempionatının yüksək dəstəsində bir matçda 2 top vuran 7-ci “Zirə”li futbolçudur. Onadək Nelson Bonilya 3, Təmkin Xəlilzadə 2, Sezar Meza Kolli, Gerhard Proqni, Vüsal İsgəndərli və Luis Alberto Diez hərəyə 1 dubla sevinmişdi.
“Qartallar”ın heyətində ən çox dublun müəllifi olan Bonilya həm də ilk belə hadisənin müəllifidir. İlk dubl 2015-ci oktyabrın 28-də “Kəpəz”lə görüşdə (2:2) qeydə alınıb.
Amma bu oyunçulardan yalnız ikisi - Luis və Vüsal meydana sonradan daxil olub və rəqib qapısına 2 top vurub. Bir sözlə, Mirsahib “Zirə”nin Premyer Liqa tarixində start heyətində yer almayan, amma dubl edən 3-cü futbolçudur.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |