Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı futbolçu sakit dayanmır - Yenə qırmızı vərəqə aldı
Portuqaliya Sequndasında XXXII turun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" doğma azarkeşləri önündə mübarizə aparıb.
Komanda aşağı sıralarda qərarlaşan "Akademiko Viseu"nu qəbul edib. Start heyətində meydana daxil olan Renat komandası hesabda 0:1 geridə olarkən 54-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan sonra qonaqların daha 2 qoluna ev sahibləri 1 təsəlli topu ilə cavab verə bilib - 1:3.
Bu məğlubiyyətdən sonra "Eştoril" 51 xalla 4-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Dadaşov oynadı, komandası uduzdu - 1:2
Azərbaycanlı futbolçuya ehtiyac duyulmadı
Artıq Dadaşov da ehtiyatda qalır
Renat Dadaşov bombardirlik bacarığını sərgiləyir
Dadaşov - qol və qırmızı vərəqə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası