reklam
Avropa çempionatının ikinci turunda altı şahmatçımız qalib gəldi
Sportfm.az xəbər saytı

Avropa çempionatının ikinci turunda altı şahmatçımız qalib gəldi


Aprelin 13-də Antalyada qadın şahmatçılar arasında Avropa çempionatının üçüncü turunun oyunları keçiriləcək.

Sportfm.az xəbər verir ki, ötən turda təmsilçilərimizdən altısı qələbə qazanıb. Güləşçilərimizdən Günay Məmmədzadə, Xəyalə Abdulla, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova, Xanım Balacayeva ikinci turda rəqiblərini məğlub ediblər. Birinci turda qələbə qazanan Gülnar Məmmədova isə ötən turu heç-heçə başa vurub.

On bir turdan ibarət yarışda ümumilikdə 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparır. Ölkəmizi yarışda 10 şahmatçı təmsil edir. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksandra Qoryaçkinadır (2534).

Ümumi mükafat fondu 60 min avro olan turnirə aprelin 21-də yekun vurulacaq.

Oxşar xəbərlər

Ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atdı
Azərbaycan çempionatının püşkü atıldı
Azərbaycan və Ukrayna şahmatçıları arasında turnir keçiriləcək - Onlayn
Qadınlar arasında şahmat üzrə Avropa çempionatı başa çatdı - Fətəliyeva yeddincidir
Şahmatçılarımız Avropa çempionatında çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər