reklam
Qovulduğunu sosial şəbəkədən öyrəndi
Sportfm.az xəbər saytı

Qovulduğunu sosial şəbəkədən öyrəndi


Fransa millisinin sabiq futbolçusu Floren Maluda məşqçi kimi fəaliyyətə başladığı İsveçrənin "Sürix" klubundan qovulub.

Sportfm.az xəbər verir ki, klub "Twitter" hesabında Maludayla yolları ayırdığını bəyan edib. Bu paylaşımdan bir neçə dəqiqə sonra Maluda "Həqiqətən? Bunu bilmirdim", - deyə rəy yazıb.

Maludanın "Sürix" klubundakı fəaliyyəti 42 gün çəkib. 38 yaşlı mütəxəssis əsas komandada və akademiyada hücumçu məşqçisi kimi çalışırdı.

Qeyd edək ki, Maluda "Qenqam", "Lion", "Çelsi", "Trabzonspor" kimi klublarda oynayıb.

Oxşar xəbərlər

Azərbaycanlı veteran futbolçusu MDB yığmasında - Əfsanələr Kuboku-2023
Millinin sabiq üzvü karyerasını bitirdi
"Milan"ın sabiq futbolçusu Azərbaycan klubunda - FOTO
8 ildən sonra sabiq klubuna qayıtdı
Millimizin sabiq üzvü "Qəbələ"də baş məşqçi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər