reklam
“Formula 1”in sahibi Bakıya gələcək
Sportfm.az xəbər saytı

“Formula 1”in sahibi Bakıya gələcək


“Formula 1”in sabiq sahibi Berni Ekklstoun növbəti dəfə Bakıya gələcək. 

Sportfm.az xəbər verir ki, 89 yaşlı britaniyalı iş adamı bu barədə “Corriere della Sera”ya müsahibəsində bildirib. O, “Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran-prisini izləmək üçün Bakıya səfər edəcəyini söyləyib.

Keçmiş funksioner cari mövsümdə cəmi 2 mərhələni canlı izləməyi planlaşdırıdığını deyib: “Həftəsonu Çində baş tutacaq yarışa Londonda televiziya vasitəsi ilə baxacağam. Şanxaya getmək istəyirdim, amma fikrimi dəyişdim. Ola bilsin, Bakıya yollandım və Barselonadakı yarışı buraxmadım”. 

B.Ekklstoun “Formula-1”ə 1974-cü ildən 2017-ci ilin əvvəlinə qədər rəhbərlik edib.

Qeyd edək ki, Azərbaycan 26 - 28 apreldə 4-cü dəfə “Formula 1” yarışına ev sahibliyi edəcək. 

Oxşar xəbərlər

Silahla gəzən sahibkar saxxlanıldı
Böyük Britaniya 5 il “Formula 1”ə ev sahibliyi edəcək
Formula-1 turistləri nə qədər gəlir gətirir?
Vyetnam ilk dəfə "Formula 1"-ə ev sahibliyi edəcək
2017-ci il Formula-1 Azərbaycan Qran-Prisinin qalibi Bakıya gələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər