• 04:14 Bazar ertəsi
    1 Mart 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
3 cüdoçumuz Qran-pridə medal uğrunda görüşlərə vəsiqə qazandı

3 cüdoçumuz Qran-pridə medal uğrunda görüşlərə vəsiqə qazandı

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-pri turnirinin son yarış günündə Azərbaycanın 3 cüdoçusu medal görüşlərinə vəsiqə qazanıb. 

Sportfm.az xəbər verir ki, Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) bürünc, İrina Kinderzka (+78 kq) qızıl medal uğrunda mübarizə aparacaq.

Mehdiyev ardıcıl olaraq türkmənistanlı İhlas Setderov və kanadalı Mohab əl-Nəhası yensə də, 1/4 finalda hollandiyalı Yesper Sminkə uduzub. Bununla belə, o, təsəlliverici görüşdə ABŞ təmsilçisi Kolton Braun üzərində qələbə qazanmağı bacarıb. Mehdiyev bürünc medala sahib olmaq üçün estoniyalı Klen Kristofer Kalyulaydı da məğlub etməlidir. 

90 kq çəkidəki azərbaycanlı digər cüdoçu Tural Safquliyev ilk görüşdə finlandiyalı Aatu Laamanenə qalib gəlsə də, 1/8 finalda hollandiyalı Bas van Empelenə uduzaraq, mübarizəni dayandırıb. 

Kokauri rumıniyalı Daniel Natya və belaruslu Aleksandr Vaxavyakı yendikdən sonra yarımfinalda israilli Or Sassana uduzub. O, bürünc medal görüşündə rusiyalı Anton Krivobokovla üz-üzə gələcək. 

100 kq-dan yuxarı çəkidəki azərbaycanlı digər cüdoçu Şahin Qəhrəmanov ilk görüşdə çilili Fransisko Solisi məğlub etsə də, 1/8 finalda ukraynalı Yakov Xammoya uduzaraq mübarizəni dayandırıb. 

Kindzerska ardıcıl olaraq fransalı Lauro Fuzo, litvalı Sandra Yablonskite və sloveniyalı Anamari Velenşeki üstələyərək finala yüksəlib. Həlledici qarşılaşmada onun rəqibi ukraynalı Yelizaveta Kalanina olacaq. 

Daha bir medal ümidi Elmar Qasımov (100 kq) isə elə ilk görüşdəcə rumıniyalı Luka Kunsaboya uduzaraq mübarizəni dayandırıb. 

Qeyd edək ki, ilk 2 yarış günündə Azərbaycanın 12 təmsilçisindən İbrahim Əliyev (66 kq) və Murad Fətiyev (81 kq) 5-ci yerlə kifayətlənib, Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Buyankişiq Purevsuren (hər ikisi 52 kq), İçinxorlo Munxtsedev (57 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) isə daha erkən məğlub olaraq, mübarizəni dayandırıb. 53 ölkədən 379 idmançının qatıldığı Qran-prinin ümumi mükafat fondu 100 min dollardır.

скачать dle 10.4 UTF-8Forex для начинающих

26-01-2019
387
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
23-02-2020
Rüstəm
Rüstəm "Böyük Dəbilqə"ni medalsız tərk etmədi
23-01-2020
Cüdoçularımız Qran-prinin ilk günündə medal qazana bilmədi
Cüdoçularımız Qran-prinin ilk günündə medal qazana bilmədi
22-01-2020
Cüdoçularımız Təl-Əvivdə Qran-Pridə güclərini sınayacaqlar
Cüdoçularımız Təl-Əvivdə Qran-Pridə güclərini sınayacaqlar
13-12-2019
“Masters”:
“Masters”: Rüstəm Orucov bürünc medal qazandı
28-09-2019
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
31-08-2019
Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi
Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi
30-08-2019
Elmar Qasımov erməni rəqibini ipponla məğlub etdi
Elmar Qasımov erməni rəqibini ipponla məğlub etdi
24-06-2019
Cüdoçumuz II Avropa Oyunlarında yarımfinala yüksəldi
Cüdoçumuz II Avropa Oyunlarında yarımfinala yüksəldi
14-02-2019
“Böyük dəbilqə” turnirində 18 cüdoçumuz mübarizə aparacaq
“Böyük dəbilqə” turnirində 18 cüdoçumuz mübarizə aparacaq
7-02-2019
“Böyük dəbilqə” beynəlxalq turniri start götürəcək
“Böyük dəbilqə” beynəlxalq turniri start götürəcək
26-01-2019
Cüdoçularımız Təl-Əvivdə qızıl və bürünc medal qazandı
Cüdoçularımız Təl-Əvivdə qızıl və bürünc medal qazandı
23-01-2019
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
11-11-2018
Cüdoçularımız Qran Pri finalına yüksəldi -
Cüdoçularımız Qran Pri finalına yüksəldi - FOTO
26-10-2018
Güləşçimiz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
Güləşçimiz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
26-09-2018
Daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
  Xəbər Lenti
Millimiz məğlub oldu - 2:3 28.02.2021, 20:45
Güləşçilərimiz Kiyevdən 6 medalla qayıtdı - Beynəlxalq turnir 28.02.2021, 18:39
Qadınlardan ibarət ilk futbol liqası keçirilib - Cənubi Sudanda 28.02.2021, 17:46
"Futbol küçədən başlayır" - VİDEO 28.02.2021, 17:39
"İkincisi yoxdur ki, ona şans verək" - Elxan Məmmədov 28.02.2021, 15:41
Azərbaycan Premyer Liqasında yubiley matçı 28.02.2021, 14:30
Güləşçimiz qızıl medal qazandı - Beynəlxalq turnir 28.02.2021, 09:28
Gimnastlarımıza idman ustası adı verildi - SİYAHI 28.02.2021, 09:25
Vüqar Həşimov Şahmat Akademiyası rəsmi olaraq təsdiqləndi - FIDE 27.02.2021, 21:38
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 15 30
2 Qarabağ 15 29
3 Zirə  15 24
4 Sumqayıt   15 22
5 Qəbələ 15 18
6 Sabah 15 14
7 Səbail 15 13
8 Keşlə 15 13
Ətraflı
14-02-2021
TopazAZ
TopazAZ
14-02-2021
I divizion
I divizion
21-02-2021
"İnter" "Milan"ı məğlub etdi
2-02-2021
Qran-prinin vaxtı açıqlandı
Qran-prinin vaxtı açıqlandı
13-02-2021
"Bu, Samir Abasovun görmək istədiyi "Neftçi" deyil" - VİDEO
2-02-2021
19-cu turun ən yaxşı qolları -
19-cu turun ən yaxşı qolları - VİDEO
2-02-2021
"Günah Səlahəti qapıya qoyandadır" - Samir Abasov
2-02-2021
İki idman növü proqrama daxil edildi -
İki idman növü proqrama daxil edildi - III Avropa Oyunları
1-02-2021
Şəhid atasına xüsusi mükafat təqdim edildi -
Şəhid atasına xüsusi mükafat təqdim edildi - AİJA tərəfindən
4-02-2021
"Olimpiadanın keçiriləcəyinə 100 faiz əminəm" - Vitse-prezident açıqladı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 12 28
2 Neftçi-2 13 27
3 Sabah-2 12 23
4 Zaqatala 12 22
5 Qarabağ-2 12 19
6 Kəpəz 12 16
7 Keşlə-2 13 11
8 Qaradağ Lökbatan 12 9
9 Sumqayıt-2  12 9
10 MOİK 12 6
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb