reklam
Millimiz 40 ölkə arasında 4-cü oldu -
Sportfm.az xəbər saytı

Millimiz 40 ölkə arasında 4-cü oldu -Avropa çempionatı


Cüdo üzrə Azərbaycan milli komandası Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatını 5 medalla başa vurub.

Sportfm.az xəbər verir ki, medallardan 1-i qızıl, 1-i gümüş, 3-ü bürünc əyarlı olub.

Yeganə qızıl medala kişilərin yarışında 66 kq çəki dərəcəsində Orxan Səfərov, gümüş medala qadınların mübarizəsində 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska nail olub. Bürünc medalları 73 kq-da Rüstəm Orucov, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-da Zelim Kotsoyev əldə edib.

Bundan başqa Murad Fətiyev 81 kq, Elmar Qasımov isə 100 kq çəkidə 7-ci yeri tutub.

Azərbaycan millisi bu nəticə ilə ümumi komanda hesabında 40 ölkə arasında Fransa (5 qızıl, 3 bürünc), Rusiya (3 qızıl, 3 gümüş, 1 bürünc) və Gürcüstandan (1 qızıl, 1 gümüş, 4 bürünc) sonra 4-cü yeri tutub. Kişilərin yarışında da 4-cü olan yığma qadınların mübarizəsində 8-ci yerlə kifayətlənib.

Oxşar xəbərlər

Azərbaycan 2-ci yeri tutdu - Böyük Dəbilqə
34 ölkə arasında birinciyik - Böyük Dəbilqədə
Cüdoçumuz Qran-pridə qızıl medal qazandı
Azərbaycan cüdoçuları Qran Pridə 3 qızıl, 1 bürünc medal qazandı
Azərbaycan cüdo üzrə dünya çempionatında neçənci oldu? - Millimiz 11-ci yeri tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər