Maradonaya qarşı intizam işi açıldı
Meksika Futbol Federasiyası I Divizionda çıxış edən "Dorados" komandasının baş məşqçisi Dieqo Maradonaya qarşı intizam işi açıb.
Sportfm.az xəbər verir ki, səbəb 59 yaşlı mütəxəssisin Venesuela Prezidenti Nikolas Maduro və ABŞ rəhbərliyi barədə səsləndirdiyi fikirlərdir. Argentinalı canlı əfsanə XII turda Tampiko Madero ilə görüşdə qazandıqları 3:2 hesablı qələbəni N.Maduro və Venesuelada əziyyət çəkən insanlara həsr etdiyini söyləyib.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın davranışlarından narazı olduğunu ifadə edərək, müxalifət lideri, bəzi ölkələrin Venesuelanın dövlət başçısı kimi tanıdığı Xuan Quaydonu "kukla" adlandırıb.
Qeyd edək ki, "Dorados" 12 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
“Qızıl top”u Maradonaya həsr etdi
Millinin sabiq baş məşqçisinə qarşı intizam işi açıldı
Maradona yoxa çıxdı
Maradona Meksika klubunda 1,7 milyon avro qazanacaq
Maradona Trampı "kukla" adlandırdığına görə ABŞ-a buraxılmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası