Maradona yoxa çıxdı
Argentina milli komandasının sabiq futbolçusu Dieqo Maradona baş məşqçisi olduğu Meksika "Dorados"unun düşərgəsində bir neçə gündür görünmür.
Sportfm.az xəbər verir ki, dekabrın 26-dan komandanın mövsümöncəsi məşqləri fiziki hazırlıq üzrə mütəxəssisin rəhbərliyi altında gerçəkləşir. Maradonanın kluba qayıdıb-qayıtmayacağı hələ bilinmir. Onun yeni transferlərdən və köməkçiləri ilə bitən müqavilənin uzadılması istiqamətində danışıqların aparılmamasından narazı olduğu deyilir. Argentinalı mütəxəssisin özünün "Dorados"la müqaviləsi 2019-cu ilin yayınadəkdir.
Qeyd edək ki, Dieqo Maradona mayda Belarusun "Dinamo" (Minsk) klubunda İdarə Heyətinin sədri postunu tutub. Lakin Maradona orada da uzun müddət görünməyib. O, "Dorados"a sentyabrın 7-də baş məşqçi təyin olunub.
Oxşar xəbərlər
Maradonanın keçmiş klubunda faciə baş verdi
Maradona istefa verdi
Dieqo Maradonanın yeni istəyi
Maradona Meksika klubunda 1,7 milyon avro qazanacaq
Maradona Meksika klubuna baş məşqçi təyin olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası