Tbilisi Qran-Prisində Azərbaycanı 14 cüdoçu təmsil edəcək
Martın 29-dan 31-dək Tbilisidə qadın və kişi cüdoçular arasında Qran-Pri turniri keçiriləcək.
Sportfm.az xəbər verir ki, ölkəmizi yarışda 9 kişi və 5 qadın cüdoçu təmsil edəcək.
Kişilərin yarışında Tofiq Məmmədov, Balabəy Ağayev (hər ikisi 60 kq), İlkin Babazadə, İsmayıl Əliyev (hər ikisi 65 kq), Fəqan Quluzadə, Afiq Səfərli (hər ikisi 81 kq), Əblülhaqq Rəsullu, (90 kq), Aliumar Tumayev (90 kq), Şahin Qəhrəmanov (100 kq-dan yuxarı) tatamiyə çıxacaqlar.
Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), İçinkorloo Munxtsedev (57 kq) yarışacaqlar.
Yarışda 58 ölkədən 500-dən artıq cüdoçunun iştirakı nəzərdə tutulub.
Oxşar xəbərlər
Cüdoçularımız Təl-Əvivdə Qran-Pridə güclərini sınayacaqlar
“Böyük dəbilqə” turnirində Azərbaycanı 16 cüdoçu təmsil edəcək - SİYAHI
Böyük Dəbilqədə ölkəmizi 15 cüdoçu təmsil edəcək
Cüdoçularımız Tbilisi Qran-Prisində iştirak edirlər
“Böyük dəbilqə” beynəlxalq turniri start götürəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası