Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan millisi Türkiyədə üç yoldaşlıq oyunu keçirəcək
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası Türkiyənin "Altınordu" klubunun "Selçuk-Efes" bazasında toplanışdadır. Sportfm.az xəbər verir ki, sentyabrın 19-dan start götürən toplanış çərçivəsində 3 yoldaşlıq görüşü keçiriləcək. Bu gün baş tutacaq ilk oyunda rəqib Türkiyə I liqasında çıxış edən İzmir təmsilçisinin U-17 komandası olacaq. Digər yoldaşlıq görüşləri isə 24 və 28 sentyabrda keçiriləcək. Lakin bu dəfəki rəqiblərin "Altınordu"nun hansı yaş qrupu olacağı dəqiqləşməyib.
Qeyd edək ki, yığma sentyabrın 29-dək toplanışı davam etdirəcək.
Oxşar xəbərlər
Yığmamız yoldaşlıq görüşü keçirəcək
Millimiz Türkiyə yığmasına qalib gəldi - Yoxlama oyunu
Azərbaycan millisi üçün daha bir rəqib
"Səbail"in rəqibləri müəyyənləşdi
17 yaşlılarımız böyük hesabla məğlub oldu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası