Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi" şərəfini məhkəmədə qoruyacaq
"Keçmiş qapıçı Saşa Stamenkoviçin klub rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlərin heç biri həqiqətə uyğun deyil. Bundan əlavə, futbolçu anlamalıdır ki, o qədər ciddi bəyanatlar səsləndirərkən onu fakt və sübutlarla əsaslandırmaq lazımdır”. Futbol11.az xəbər verir ki, bu barədə klubun bəyanatında yazılıb. Bəyanatda həmçinin qeyd olunub ki, bütün sadalananları nəzərə alaraq klub rəhbərliyi prokurorluğa və məhkəməyə müraciət etməklə bağlı qərar qəbul edib: "Heç kəs heç vaxt "Neftçi" futbolçularından aldığı maaşın yarısını tələb etməyib, heç kim futbolçularla onlara çatan pulu bölməyib. "Neftçi" Saşa Stamenkoviçlə də bütün hesablaşmalarını edib və biz serb qapıçısının bu bəyanatının niyə meydana çıxmasının səbəblərini anlamırıq. Son zamanlar klubda yaranan çətin vəziyyəti nəzərə alsaq, belə yalan məlumatların yayılması ən azı çaşqınlığa səbəb olur”.
Qeyd edək ki, Topaz Premyer Liqasının IV turunda "Qəbələ”yə 0:8 hesablı məğlubiyyətdən sonra "Neftçi”nin sabiq qolkiperi Saşa Stamenkoviç feysbukda "Neftchi Baku (Fan Page)” səhifəsinə göndərdiyi müraciətdə klubun düşdüyü vəziyyətə görə rəhbərliyi günahlandırıb və sərt ittihamlarla çıxış edib.
Oxşar xəbərlər
Saşa Stamenkoviç “Sabah”ı tərk edir - RƏSMİ
Samir Məsimov Qazaxıstan klubunda!
"Kəpəz" bakılıların ittihamlarına cavab verdi
"Neftçi"də Elnur Məmmədov erası sona çatdı...
Stamenkoviçdən “Neftçi” rəhbərliyinə sərt ittihamlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Musa Qurbanlı üçün mövsüm bitdi
-
Azərbaycan və Venesuela Federasiyaları arasında memorandum imzalandı
-
"Karvan" məğlub oldu - VİDEO
-
“Şamaxı”dan 10-cu dəfə böyükhesablı məğlubiyyət - Azərbaycan çempionatları
-
Qusar təmsilçisi legionerləri ilə sevindi - Birinci Liqa
-
Yığmamız Millətlər Liqasının qalibi oldu















Misli Premyer Liqası