reklam
Saşa Stamenkoviç “Sabah”ı tərk edir -
Sportfm.az xəbər saytı

Saşa Stamenkoviç “Sabah”ı tərk edir -RƏSMİ


Uzun müddətdir “Sabah”ın uğurları üçün çalışan qapıçı Saşa Stamenkoviç “Səbail”lə oyundan sonra klubla yollarını ayıracaq.

Sportfm.az xəbər verir ki, serbiyalı futbolçunun klub rəhbərliyinə müqaviləsinə vaxtından öncə xitam verilməsi ilə bağlı müraciətinə müsbət cavab verilib.

Saşa Stamenkoviç 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışır. Bu günə kimi 67 matçda (63 oyun Azərbaycan Premyer Liqasında, 4 oyun ölkə kubokunda) şans qazanan təcrübəli qolkiper, bu sahədə klubun rekordçusudur. O, komandanın Premyer Liqaya vəsiqə qazandığı 2018/19-cu il mövsümündə 27, 2019/20-ci il mövsümündə 19, 2020/21-ci il mövsümündə 18, cari mövsümdə isə 3 matçda meydana çıxıb.

Oxşar xəbərlər

“Sabah”dan ayrılan futbolçu Qazaxıstan klubunda - RƏSMİ
"Sabah"da yeni müqavilə - RƏSMİ
Saşa Stamenkoviç Azərbaycan klubunun rekordçusudur
Bəhlul Mustafazadə birinci sırada yer aldı
"Sabah" Saşa Stamenkoviçlə yeni müqavilə bağladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər