reklam
Dünya çempionu
Sportfm.az xəbər saytı

Dünya çempionu "Real Madrid"dən ayrılmaq istəyir


Fransa millisinin futbolçusu Rafael Varan İspaniyanın "Real Madrid" komandasından ayrıla bilər.

Sportfm.az xəbər verir ki, 26 yaşlı müdafiəçi komanda yoldaşlarına yayda klubu tərk etmək istədiyini söyləyib.

O, Madrid təmsilçisinin ab-havasından yorulduğunu və özünü yeni bir kollektivdə sınamaq istədiyini bildirib.

Qeyd edək ki, Rafael Varan 2011-ci ildən "Real Madrid"də çıxış edir. Müdafiəçi bu müddət ərzində 4 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə İspaniya La Liqasının qalibi olub. O, Fransa yığmasının heyətində 2018-ci ildə keçirilmiş dünya çempionatında da qızıl medal qazanıb. 

Oxşar xəbərlər

İki qoçun baş bir transfer qazanında qaynayır...
"Real Madrid"in əfsanəsi vəfat etdi
Modriç "Real Madrid"in yeni müqavilə təklifini rədd etdi
Ronaldu Avropanın ən yaxşı idmançısı seçildi
Ançelotti "Real"ın futbolçusunu istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər