Modriç "Real Madrid"in yeni müqavilə təklifini rədd etdi
Xorvatiya milli komandasının futbolçusu Luka Modriç İspaniyanın "Real Madrid" klubunun yeni müqavilə təklifini rədd edib.
Sportfm.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin şərtləri ilə razılaşmayıb.
Təcrübəli oyunçu ilə İtaliya "İnter"i yaxından maraqlanır. Anlaşma əldə olunsa, "neradzurri" Modriçə ilinə 10 milyon avro ödəyəcək, müqavilə isə 2 illik olacaq. Bundan sonra xorvatiyalı pleymeyker karyerasının son dayanacağı olan Çinə yollana bilər.
Qeyd edək ki, Luka Modriçin "Real Madrid"lə 2020-ci ilə qədər müqaviləsi mövcuddur. O, 2012-ci ildən bu komandada çıxış edir. Yarımmüdafiəçi cari ildə "Qızıl top" və FIFA-nın "The Best" mükafatının qalibi olub. Modriç həmçinin 2018-ci ilin ən yaxşı balkan idmançısı seçilib.
O daha öncə karyerasını "Real Madrid"də bitirmək istədiyini söyləyib.
Oxşar xəbərlər
"Real"dan Modriçə yeni müqavilə - 1 illik müqavilə
"Real Madrid" Modriçlə bağlı qərarını verdi
Onun qərarı hər kəsi şoka saldı
Luka Modriçlə bağlı qərar verildi
Luka Modriç üçün astronomik rəqəm istəndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası