Azərbaycan yığması elit-raunda heç-heçə ilə start verdi
19 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının elit-raund mərhələsində mübarizəyə başlayıb.
Sportfm.az xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Rusiyada təşkil olunan turnirdə bu gün ilk oyununu keçirib. Birinci qrupda mübarizə aparan komandamız ilk sınağında meydan sahibləri ilə üz-üzə gəlib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz qrupda Rusiya ilə yanaşı, İrlandiya və Rumıniya seçmələri ilə də mübarizə aparacaq. Elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.
AÇ-2019-un seçmə mərhələsi, I qrup
20 mart
18:00. Rusiya - Azərbaycan - 0:0
Hakimlər: Adrien Jakottet, Vital Jobin (hər ikisi İsveçrə), Balaş Şert, Adam Farkaş (hər ikisi Macarıstan)
Krasnodar Akademiyasının stadionu
Azərbaycan: 1. Nicat Mehbaliyev (k), 4. İbrahim Hüseynov, 5. Rauf Hüseynli, 7. Turan Vəlizadə, 8. Şakir Seyidov, 10. Kamran Quliyev, 11. Elvin Cəfərquliyev, 15. Vüsal Məsimov, 19. Tural Bayramov, 23. Musa Qurbanlı, 24. Elnur İbrahimov
Baş məşqçi: Vüqar Məmməd
Rusiya: 12. Anton Şitov, 3.İlya Martınov, 4.Aleksandr Mixaylov, 5. Pavel Maslov, 6.Vladimir Moskviçev, 8. Nail Umayrov (k), 9. Həmid Ağalarov, 10. Danila Yanov, 11. Vladislav Karapuzov, 17. Turqay Mexbalıyev, 19. Danil Prutsev
Baş məşqçi: Andrey Qordeyev
Oxşar xəbərlər
Rumıniya millimizi darmadağın etdi
Millimiz İrlandiyaya məğlub oldu
Rusiya millisi Azərbaycan ilə oyun üçün heyətini açıqladı - SİYAHI
Millimizin heyəti açıqlandı - Elit-raund üçün
Millimizin elit-raunddakı oyunlarının saatı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası