Millimizin elit-raunddakı oyunlarının saatı açıqlandı
19 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının elit-raund mərhələsindəki oyunlarının başlama saatı açıqlanıb.
Sportfm.az xəbər verir ki, 1-ci qrupda mübarizə aparacaq komandamızın hər 3 görüşü Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk iki matçını "Krasnodar" klubunun akademiyasının meydanında, son oyununu isə “Kuban” stadionunda keçirəcək. Millimizin qrupda ilk oyunu martın 20-də Rusiyaya qarşı olacaq. Komandamız ayın 23-də İrlandiya, 26-da isə Rumıniya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Rusiyada keçiriləcək elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.
Oxşar xəbərlər
Millimiz Rumıniyaya qarşı
Millimizin qrupunda final mərhələsinə İrlandiya adladı
Azərbaycan yığması elit-raunda heç-heçə ilə start verdi
Millimizin oyunlarının vaxtı açıqlandı
Almaniya – Azərbaycan matçının vaxtı dəqiqləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası