reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin legioneri 150-yə çatdı


“Zirə”nin futbolçusu Sadio Tounkara Azərbaycan Premyer Liqasında 150-ci oyununu keçirib. 

Sportfm.az xəbər verir ki, bu, 21-ci turun “Keşlə” ilə ev oyununa təsadüf edib. “Qartallar”ın 2:0 hesablı qələbəsi ilə başa çatan matçda meydana sonradan daxil olan malili yarımmüdafiəçi yubiley görüşünü keçirib.

27 yaşlı legioner bu oyunlarda 20 qol vurub. O, 150 qarşılaşmanı üç müxtəlif klubun heyətində keçirib.

Azərbaycan çempionatında 2011/12 mövsümündə debüt edən Tounkara 5 il şərəfini qoruduğu “Xəzər Lənkəran”ın heyətində 105 qarşılaşmada 16 qol vurub. 2016/17 mövsümünü AZAL-da keçirən yarımmüdafiəçi paytaxt klubunda 13 çempionat matçına çıxıb.

“Zirə”də ikinci mövsümdür çıxış edən afrikalı bu müddətdə 32 oyunun iştirakçısı olub. O, bu komandada 4 qol vurub.

Oxşar xəbərlər

Qismət 150-yə çatdı
"Zirə"nin Premyer Liqada 150-ci qolu
İmamverdiyevlə İlkin Qırtımov 200-ə çatdılar
"Xəzər Lənkəran"ın sabiq futbolçusu "Neftçi"ni cəzalandırdı
Sabiq "Xəzər Lənkəran"lı "Zirə"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər