İmamverdiyevlə İlkin Qırtımov 200-ə çatdılar
“Sabah”ın kapitanı Cavid İmamverdiyev yubiley qeyd edib.
Sportfm.az xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. Bu, Topaz Premyer Liqasının 5-ci turunun “Səbail”lə səfər qarşılaşmasına (0:0) təsadüf edib. Onun hesabında 19 qol var.
İmamverdiyev ölkə çempionatlarında 2008/09 mövsümündə “Neftçi”nin heyətində debüt edib. Yarımmüdafiəçi karyerasının böyük hissəsini keçirdiyi paytaxt klubunda 143 görüşdə 13 qol vurub. Daha üç klubda oynamış Cavid “Karvan”da 25, “Sumqayıt”da 28 (6 qol), “Sabah”da 4 oyun keçirib.
Arxada qalan turda daha bir futbolçu - “Zirə”nin üzvü İlkin Qırtımov da 200-cü oyununu keçirib. Debütü 2009/10 mövsümünə təsadüf edən müdafiəçi “Simurq”da 123 (2 qol), “Keşlə”də 68 (3 qol), “Neftçi”də 6, “Zirə”də 3 oyuna çıxıb. Bununla da ölkə çempionatları tarixində 200 və daha çox matça çıxanların sayı 126-ya çatıb.
Oxşar xəbərlər
“Neftçi”nin futbolçuları üçün yubiley oyunu - Misli Premyer Liqası
"Şamaxı"nın kapitanı 9-cu oldu
1 oyun, 2 yubiley - Azərbaycan Premyer Liqası
Cavid İmamverdiyev "Keşlə"də - RƏSMİ
Abdullayev Sultanova çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası