reklam
Futbol ictimaiyyəti Böyükağa Hacıyevin məzarını ziyarət etdi
Sportfm.az xəbər saytı

Futbol ictimaiyyəti Böyükağa Hacıyevin məzarını ziyarət etdi


Bu gün “Neftçi” və "Bakı" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyevin vəfatından 1 il ötür.

Sportfm.az xəbər verir ki, bununla əlaqədar futbol ictimaiyyəti mərhumun məzarını ziyarət edib. 

Mərasimə AFFA nümayəndələri və İcraiyyə Komitəsinin üzvləri, "Neftçi" rəsmiləri, veteran futbolçular, digər şəxslər qatılıb və B.Hacıyevi yad ediblər. Qəbirüstü abidənin önünə əklil və gül dəstələri qoyulub. 

Qeyd edək ki, Böyükağa Hacıyev ötən il martın 16-da uzun sürən xəstəlikdən sonra 60 yaşında dünyasını dəyişib. Naxçıvanda 1958-cu il aprelin 20-də anadan olan Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 

Oxşar xəbərlər

Böyükağa Hacıyevin vəfatından 3 il keçir
"Böyükağa Hacıyevin nə sözü, nə də futbolu şablon olub" - Sadıq Sadıqov
Azərbaycan futboluna ağır itki üz verdi - FOTO
Böyükağa Hacıyevdən xəbər var - vəziyyəti daha da ağırlaşdı
Mərkəzi Klinik Xəstəxana Böyükağa Hacıyevin vəziyyəti ilə bağlı açıqlama verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər