reklam
Emil Balayev:
Sportfm.az xəbər saytı

Emil Balayev:"Belə atmosferdə oynamaq möhtəşəm idi"


Qazaxıstan Premyer Liqasında yeni mövsümə start verilib. Millimizin qolkiperi Emil Balayevin çıxış etdiyi "Tobol" klubu evdə "İrtış"a 3:0 hesabı ilə qalib gəlib. 

Sportfm.az xəbər verir ki, sözügedən oyunda rəsmi debüt edən Balayev klubun saytına açıqlama verib. 24 yaşlı əlcək sahibi debütündən danışıb: 

"Mövsümün açılışı idi. Çempionata çox ciddi hazırlaşmışdıq. 3:0 hesablı qələbə qazansaq da, oyunun olduqca ağır keçdiyini düşünürəm. Uşaqlar baş məşqçinin tapşırığını qüsursuz yerinə yetirməyə çalışdı. Bundan əlavə, komandanın azarkeşlərin möhtəşəm dəstəyini hiss etdiyini söyləmək istəyirəm. Belə atmosferdə oynamaq möhtəşəm idi. Azarkeşlərin bizi daha çox dəstəkləyəciyini ümid edirik".

Oxşar xəbərlər

Erməni baş məşqçi Emil Balayev haqda danışdı
Emil Balayev yenə ən yaxşı seçildi - FOTO
Emil Balayevli "Tobol" səfərdə qələbə qazandı - VİDEO
"Emil Balayevin yaxşı məktəb keçdiyi hiss edilir" - Baş məşqçi
Balayevdən Premyer Liqada uğurlu debüt

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər