reklam
Erməni baş məşqçi Emil Balayev haqda danışdı
Sportfm.az xəbər saytı

Erməni baş məşqçi Emil Balayev haqda danışdı


Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" qış fasiləsində ilk yoxlama oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Qazaxıstan təmsilçisi Slovakiyanın "Jilina" klubu  ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə sona çatıb. Emil Balayev oyunun iştirakçısı olmayıb.
Komandanın erməni baş məşqçisi Qriqori Babayan matçdan sonra klubun saytına verdiyi müsahibəsində Balayevin oynamamasının səbəbini açıqlayıb: "Belə rəqiblərlə oynamaq hər zaman yaxşıdır. Ancaq bilirsiniz ki, biz hələ tam hazır deyilik. Azat Narquliyev və Nikita Boçarov əməliyyatdan sonra tam sağalmayıblar. Emil Balayevin isə planlaşdırılmış reabilitasiyası dönəmi hələ də davam edir. Bizə qoşulan oyunçular hələ hazır deyillər".
Xatırladaq ki, Babayanın "Tobol"a baş məşqçi təyin olunmasından sonra Balayevin komandadan ayrılacağı haqda xəbərlər yayılmışdı.

Oxşar xəbərlər

Emil Balayev Norveç yolunda
Emil Balayev erməni məşqçi ilə çalışmaqdan imtina etdi - RƏSMİ
Emil Balayevin klubunda erməni futbolçu
Emil Balayevlə bağlı bunları dedi:"Planlaşdırılmış..."
Emil Balayev BƏƏ-yə yollanır - Futbolçumuz heyətdə yer alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər