reklam
Qurban Qurbanov:
Sportfm.az xəbər saytı

Qurban Qurbanov: "Sona kimi mübarizə aparacağıq, çətinlikdən qorxmuruq"


"İlk oyun həmişə ağır olur. Bütün klublar qrup mərhələsinə yaxşı başlamaq istəyir. Son saniyələrdə qol vurmağımıza baxmayaraq futbolçulardan razı qaldım. Oyunçular sonadək mübarizə apardılar. Bu oyun bizim üçün böyük təcrübə oldu. Qol imkanlarımız çox idi. 2:1, 3:1 hesabı ilə öndə ola bilərdik, amma məğlub duruma düşdük. Yaxşı başladıq. Bu turnirdə hər bir xal çox önəmlidir. Sona kimi mübarizə aparacağıq, çətinlikdən qorxmuruq". Sportfm.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Slovan"la oyundan (2:2) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
 
- Hakimin idarəçiliyindən razı qaldız? O, sanki rəqibin lehinə qərarlar verirdi.
- Məncə də hakimin yanlış qərarları var idi. Amma bu haqda dəqiq olaraq oyuna baxdıqdan sonra deyə bilərəm.
 
- Dani zəif təsir bağışladı...
-Son ötürmələrdə qeyri-dəqiqiliyi olurdu, amma ümumi Danidən razı qaldım. Növbəti oyunlarda daha yaxşı oynayacaq.
 
- Rəşad Sadıqov hər dəfə hücuma qoşulanda təhlükəli vəziyyətlər yaranır. Olmaz ki, tez-tez qoşulsun?
- Rəşad lazım olan anda hücuma qoşulur. Bunu hiss etmək lazımdır. Rəşadın təcrübəsi buna imkan verir. Amma müdafiəni də unutmaq olmaz. Siz dediyiniz qədər hücuma göndərməyəcəm.
 
- Reynaldonun Avroliqada cəmi bir qolu var. Razılaşırsız ki, son bir ildə əvvəlki Reynaldonu görmürük?
- Biz də ondan daha yaxşı oyun gözləyirik. Amma 6 aydan çox zədəli olub, sonra formasını bərpa edib. Ümumiyyətlə hücumçu qol vurmayanda mənfi cəhətləri çox görünür. Düşünürəm ki, Reynaldo bacardığını edir. Belə oyunlarda təhlükəli hücumçulara qarşı rəqib müdafiəçilər daha diqqətli oynayırlar. Hər məşqçi Reynaldoya qarşı yaxın oynamağı tapşırır.
 
- "Qarabağ” 3 dayaq yarımmüdafiəçi ilə oynayır. Bu da hücumda problemlər yaradır...
- Bu gün bu sistemi seçmişdim. Bu sistemlə uğur qazanırıq. Sizinlə bizim düşüncəmiz fərqlidir. Bu sistem tam oturub, biz bunu daha da yaxşılaşdırmaq istəyirik. Belə olduğu halda futbolçularımız hücumda daha rahat oynaya bilir.
 
- Stadionda azarkeş az idi. Səbəb yolun uzaqlığı idi?
-Biz oyunu gec saata salmaq istəyirdik. Bəlkə də tez olduğu üçün tribunada boş yerlər var idi.
 
- Futbolçuların oyundankənar vəziyyətə çox düşməsinin səbəbi nədir?
- Biz hücumda çox oynamaq istəyiriksə, ofsayd epizodlarımız çox olacaq. 3 oyuna 19 ofsayd vəziyyəti olub. Bu daha çox rəqibin düzgün müdafiə olunması ilə bağlıdır.
 
- Bədavi Hüseynovun durumu nə yerdədir? Elvin Yunuszadə onun yoxluğunu unutdura bilmir...
- Son 3-4 oyunda Elvin pis təsir bağışlamır. Elvin haqda elə düşüncə yaranıb ki, top onda olarkən hamı həyəcanlanır. Amma biz Elvinə inanırıq, oyunundan razıyam. Boyunun hündür olması da üstünlüyüdür. Ümumi götürəndə Elvindən razıyam, ansanblı pozmadı.
 
- Buraxılan qolda Miçelin səhvi var idi...
- Futbolçu səhv edəndə onu oyundan çıxarmaq, ona təzyiq göstərmək düzgün deyil. Miçel sistemimizə uyğun futbolçudur.
 
- Qrupdan çıxmaq şansları barədə nə deyə bilərsiz?
- Heç nə deyə bilmərəm. Əvvəlcədən proqnoz verə bilmərəm. Hər zaman yaxşı oyun göstərməli, nizam-intizamımızı qorumalıyıq.
 
- "Seltik” "Barselonaya” 0:7 hesabı ilə məğlub oldu. "Qarabağ” Çempionlar Liqasında oynasa idi, eyni aqibətlə üzləşə bilərdi?
- Biz Çempionlar Liqasına vəsiqə qazana bilmədik. Əgər orada olsaydıq, mübarizə aparardıq.

Oxşar xəbərlər

Qurban Qurbanov: "Daha yaxşı performans göstərməyə hazırıq"
“Qarabağ”ın baş məşqçisi: “Həmişə deyirəm, real olmaq lazımdır”
Qurban Qurbanov yenə Şahruddinin vəkili rolunda
Qurban Qurbanov:"Məğlub olmaqdan qorxmamışam"
Qurban Qurbanov: "Rəqibin daha istəkli olacağını düşünürəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər