Rusiyalı futbolçunun anası Putinə məktub yazdı
Rusiyalı futbolçu Konstantin Yurçikin anası Vladimir Putinə məktub yazıb.
Sportfm.az xəbər verir ki, buna səbəb oğlunun özünə klub tapa bilməməsi olub. Karyerasına 2014/15 mövsümündə "Torpedo"nun aşağı yaş qrupları üzrə komandalarında başlayan Yurçik sonra bir çox komandada baxışdanr keçirilsə də, bəyənilməyib.
Lyudmila Sarayeva Putinə məktubunda bu sözləri yazıb: "Qorxaq davrandığım və oğlumun seçim etməsinə icazə vermədiyim üçün özümü bağışlamıram. İndi bəzi şeyləri düzəltmək istəyirəm. Axı mən anayam. Vaz keçmək haqqım yoxdu. Bu səbəbdən cənab prezident, szə yazıram".
Putin məktubu idman nazirinə göndərib. Bundan sonra nazirlik müxtəlif klublarla əlaqə yaradılıb.
Yurçikə transfer təklifi göndərən klublardan biri "Zenit" olub.
Oxşar xəbərlər
Pele Putinə müraciət etdi - "Bu müharibəni dayandırın"
Putinin ordeni geri alındı
Putinə qara kəmər bağışladılar - VİDEO
Vladimir Putinə yarış dəbilqəsi hədiyyə edildi - FOTO
Səmədov Putinə təşəkkür etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası