UEFA bilərəkdən sarı vərəqə alan oyunçunu cəzalandırdı
UEFA Portuqaliyanın "Portu" klubunun futbolçusu Xesus Koronanı iki oyunluq cəzalandırıb.
Sportfm.az xəbər verir ki, buna səbəb 26 yaşlı hücumçunun Almaniya "Şalke"si ilə Çempionlar Liqasının qrup mərhələsinin V tur matçında bilərəkdən sarı vərəqə almasıdır. Qitənin ən nüfuzlu klub turnirində 3 sarı vərəqə alan meksikalı oyunçu cəzasını son turda Türkiyə "Qalatasaray"ı ilə matçda "sıfırlamaq" istəyib.
Lakin UEFA 1/8 final mərhələsinin oyunlarına təmiz çıxması üçün belə addım atdığı qənaətinə gəlib. Nəticədə Korona qrup mərhələsinin son tur matçından əlavə, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə İtaliya "Roma"sı ilə qarşılaşmanı da buraxmalı olacaq.
Qeyd edək ki, fevralın 12-də "Roma" - "Portu" oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Portuqaliya təmsilçisi V turda "Şalke"ni evdə 3:1, VI turda isə səfərdə "Qalatasaray"ı 3:2 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
UEFA Madrid klubunun oyunçusuna cəza verdi
"Şalke" - "Qalatasaray" - VİDEO
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək
"Qalatasaray"ın prezidenti: "Azərbaycanda final oynayacağıq"
UEFA Teo Uiksi cəzalandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası