reklam
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək
Sportfm.az xəbər saytı

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək


Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək.

Sportfm.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində 8 qrupda qərarlaşan 32 komanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" 15-ci mövsümünü keçirəcək. "Sarı-qırmızılar"ın ilk turda rəqibi Rusiya çempionu "Lokomotiv" (Moskva) olacaq. İstanbuldakı "Türk Telekom" stadionunda təşkil olunacaq görüşü Canluka Rokkinin rəhbərliyi ilə italiyalı hakimlər briqadası idarə edəcək. 

Çempionlar Liqasının finalçısı İngiltərənin "Liverpul" komandası Fransa PSJ-sini qəbul edəcək. Avropa Liqasının son qalibi İspaniya "Atletiko"su isə "Monako"nun qonağı olacaq. 

Çempionlar Liqası, I tur

18 sentyabr

A qrupu

23:00. "Monako" (Fransa) - "Atletiko" (Madrid, İspaniya)

23:00. "Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya)

B qrupu

20:55. "İnter" (İtaliya) - "Tottenhem" (İngiltərə)

20:55. "Barselona" (İspaniya) - PSV (Eyndhoven, Hollandiya)

C qrupu

23:00. "Srvena Zvezda" (Serbiya) - "Napoli" (İtaliya)

23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)

D qrupu

23:00. "Şalke" (Almaniya) - "Portu" (Portuqaliya)

23:00. "Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)

Qeyd edək ki, 2018-2019 mövsümündə Çempionlar Liqasının finalı İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda təşkil olunacaq.

Oxşar xəbərlər

Çempionlar Liqası: "Qalatasaray" qrupda qaldı
"Liverpul" uduzdu, "Barselona" "İnter"lə, "Napoli" PSJ ilə bərabərə qaldı
Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək
Çempionlar Liqasında qrup mərhələsinin təqvimi açıqlandı
Çempionlar Liqasının püşkü atıldı - Qruplar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər