Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, fevralın 4-də start götürən çempionatda kişilərdən ibarət komandaların yarışında “Bakı-1”, “Bakı-2” və “Bakı-3” komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıb. Qadın komandalarında yarışında isə fəxri kürsüdə “Bakı-1”, “Sumqayıt-1” və “Sumqayıt-2” komandaları yer alıb.
Qadınların qoşa yarışlarında Məryəm İmanova - Nəzakət Qarayeva, Billurə Eminova - Arzu Aslanova, Ləman Abdülhəmidova – Fidan İranpur cütlükləri qalib və mükafatçılar sırasında yer alıblar. Kişilərin qoşa yarışlarında isə Nurlan Həsənov - Xəyal Həşimli, Əliverdi Şahgəldiyev – İbrahim Ansari, Vəzir Allahverdiyev – Yusif Qafarlı ilk üçlükdə qərarlaşıblar. Qarışıq qoşa yarışlarda isə Məryəm İmanova – Əliverdi Şahgəldiyev, Emin Məmmədov – Ləman Abdülhəmidova, Vəzir Allahverdiyev və Bilurə Eminova fərqləniblər.
Çempionatda qadınların şəxsi yarışlarında Nəzakət Qarayeva qalib olub. Məryəm İmanova ikinci, Bilurə Eminova üçüncü yeri tutublar. Kişilərin şəxsi görüşlərində isə ilk yeri Xəyal Həşimli tutub. İbrahim Ansari və Sənan Əliyev sonrakı pillələrdə qərarlaşıblar.
Ölkə çempionatının bağlanış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Fazil Məmmədov yarışların yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb, yüksək nəticə göstərən idmançıları təbrik edib.
Sonda qalib və mükafatçılara Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Stolüstü Tennis Federasiyasının medal və mükafatları təqdim olunub.
Oxşar xəbərlər
Məryəm İmanova 1-ci oldu - Azərbaycan Kuboku
Azərbaycan birinciliyinin qalibləri - SİYAHI
Azərbaycan çempionatının qalibləri bəlli oldu
Azərbaycan kuboku yarışlarına yekun vuruldu - FOTO
Yusif və Nəzakət 1-ci yeri heç kimə vermədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası