reklam
19 saniyənin hökmü -
Sportfm.az xəbər saytı

19 saniyənin hökmü -VİDEO


Futzal üzrə Yüksək Liqada XVI turun oyunları keçirildi. Sportfm.az xəbər verir ki, tura “Araz” – “Xəzər Cənub” qarşılaşması ilə start verildi. Oyun kifayət qədər maraqlı və gərgin keçdi. 53-cü saniyədə hesabı açan “Araz” sonrakı dəqiqələrdə hesabda geri düşsə də, fasiləyə saniyələr qalmış status-kvonu bərpa etdi. İkinci hissədə son çempion rəqib torunu silkələsə də qələbəni final fitinə 19 saniyə qalmış əldən verdi. İkinci oyunda “Neftçi” aşkar favorit hesab edilsə də, xeyli əziyyət çəkdi. Hacıbala Abdullazadənin yetirmələri fasiləyə qədər rəqib torunu cəmi bir dəfə silkələdi. Halbuki, autsayder də qol vurmaq imkanı əldə etmişdi. İkinci hissədə komandalar hərəyə iki top vursa da, “Neftçi” qələbə hesabını qorudu.

 

Araz – Xəzər Cənub 3:3 (2:2)

4 fevarl. Bakı İdman Sarayı. Saat 14:30

Hakimlər: Azər Əsgərov, Azad Hüseynov, Vüsal Balaşov

Qollar: İ. Atayev, 0:53,19:58, A. Mikaeli, 31:38 // İ. Surqalı, 07:48, H. Rezvan, 09:31, N. İsmayılov, 39:41 (ö/q)

Oxşar xəbərlər

"Xəzər Cənub" rəqibi önündə tab gətirmədi
“Xəzər Cənub” EKOL-u “zirvə”dən endirdi
Ölkə çempionu 19 saniyə dözə bilmədi
"Neftçi" mərkəzi oyunda məğlub oldu
Futzal çempionatında növbəti qeyri-adilik - Çempionun qapısını müdafiəçi qorudu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər