reklam
Sportfm.az xəbər saytı

"Neftçi" mərkəzi oyunda məğlub oldu


Bu gün futzal üzrə Yüksək Liqada keçirilən “Xəzər Cənub” – “Neftçi” İK qarşılaşması ilə XV tura yekun vurulub. Sportfm.az xəbər verir ki, CBC Sport kanalı vasitəsilə canlı yayımlanan oyunun fasiləsinə qədər tərəflər hərəyə bir dəfə fərqlənib. İkinci hissədə çempionatın ən məhsuldar oyunçusu olan Hadi Rezvan rəqib torunu silkələməklə komandasını hesabda önə keçirib. Düzdü, Rüfət Balakişiyev kapitan kimi “gəmi”ni batmaqdan xilas etməyə çalışsa da, “Xəzər Cənub”un yeni transferi Səcəd Nəsihi dubl etməklə fərqi yenidən bərpa edib. Beş oyunçu ilə mübarizəyə başlayan “Neftçi” tezliklə qapısından 4-cü topu buraxıb.

 

Xəzər Cənub – Neftçi İK  4:2(1:1)

29 yanvar. Bakı İdman Sarayı. Saat 14:30

Hakimlər: Azər Əsgərov, Anar Fərəcov, Rahin Heybətov

Qollar: S. Nəsihi, 16:21, 34:28, H. Rezvan, 24:51, A. Şocaei, 37:12 // V. Borisov, 18:50, R. Balakişiyev, 33:20

Sarı vərəqələr: H. Raşidi, 16:39, H. Rezvan, 27:48

 

Xəzər Cənub

24. Hamid Raşidi (q), 7. Hadi Rezvan, 12. Raşid Tazexkan, 8. Səcəd Nəsihi, 13. Amir Şocaei, 33. Reza Təbrizi (q), 10. Mehdi Pənahande (k), 9. Farid Mazahevi, 11. Şabah Şahnazi, 78. Behzad Şebli, 6. Nayim Sayari

Menecer: Tuğsal Eliz

 

Neftçi İK

23. Elnur Zamanov (q), 8. Vahib Xocayev, 10. Rüfət Balakişiyev (k), 14. Vitali Borisov, 6. Mühəmməd Katebi, 1. Samir Mehtiyev (q), 17. Tural İsmayılov, 7. Rəcəb Fərəczadə, 94. Oruc Baxşəlizadə, 13. Əjdər Əjdərov

Baş məşqçi: Hacıbala Abdullazadə

 

Oxşar xəbərlər

Azərbaycan çempionu bu iki komandadan biri olacaq - FOTO
“Xəzər Cənub” EKOL-u “zirvə”dən endirdi
Ölkə çempionu 19 saniyə dözə bilmədi
EKOL "Neftçi"ni "topa tutdu", "Xəzər Cənub" 29 qol vurdu
“Neftçi” İK liderliyini qorudu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər