reklam
Avropa kubokunda Azərbaycanın üç cüdoçusu mübarizəyə başladı
Sportfm.az xəbər saytı

Avropa kubokunda Azərbaycanın üç cüdoçusu mübarizəyə başladı


Fevralın 2-də Portuqaliyanın Odivelas şəhərində kişilər arasında açıq Avropa kuboku start götürüb.

Sportfm.az xəbər verir ki, qitə turnirində Azərbaycanı Tofiq Məmmədov, Balabəy Ağayev (hər ikisi 60 kq), Nurlan Osmanov (66 kq), Rüfət Məmmədov (73 kq), Fəqan Quluzadə, Araş Ağayi, Naim Hüseynov (hər üçü 81 kq), Aslan Mirzəyev (90 kq), Süleyman Yaqubov (100 kq) təmsil edirlər.

Yarışların ilk günündə üç cüdoçumuz qüvvəsini sınayır. Balabəy Ağayev Xavier İqlesias (İspaniya), Nurlan Osmanov Fabio Borges (Portuqaliya), Rüfət Məmmədov Razvan Bodea (Rumıniya) ilə mübarizə aparacaq.

Otuz beş ölkədən 230-dan çox idmançının qüvvəsini sınadığı turnirə fevralın 3-də yekun vurulacaq.

Oxşar xəbərlər

Üç cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Azərbaycanı 16 cüdoçu təmsil edəcək - Avropa kuboku
Avropa kubokunda ölkəmizi 12 cüdoçu təmsil edəcək
Avropa kubokunda iki cüdoçumuz mübarizəyə başladı
9 cüdoçumuz Avropa kubokunda mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər