reklam
Azərbaycanı 16 cüdoçu təmsil edəcək -
Sportfm.az xəbər saytı

Azərbaycanı 16 cüdoçu təmsil edəcək -Avropa kuboku


Praqada keçiriləcək cüdo üzrə açıq Avropa kubokunda Azərbaycanın 16 cüdoçusunun iştirakı planlaşdırılıb.

Sportfm.az xəbər verir ki, yüngül çəki dərəcəsində komandamızı Turan Bayramov, Rəşad Baxşəliyev (60 kq), Yaşar Nəcəfov, Vaqif Tarverdiyev (66 kq) təmsil edəcəklər. Orta və ağır çəki dərəcələrində isə cüdoçularımız Rəşid Məmmədəliyev, Nurlan Osmanov, Kənan Quluzadə (73 kq), Vüqar Talıbov, Araş Ağayi, Elcan Hacıyev (81 kq), İbrahim Ağakişiyev (90 kq), Aslan Mirzəyev, Adil Kərimli, Abdulla İsmayılov (100 kq), İmran Yusifov, Hüseyn Məmmədov (+100 kq) mübarizə aparacaqlar.

Yarış fevralın 27-28-də təşkil ediləcək.

Oxşar xəbərlər

Kişi cüdoçular arasında ilk ACF turu keçirildi
Kişi cüdoçular arasında ilk dəfə - ACF turu
Cüdoçularımız Avropa kubokunda qüvvələrini sınayacaqlar
Avropa kubokunda Azərbaycanı 16 cüdoçu təmsil edəcək
Avropa kubokunda Azərbaycanın üç cüdoçusu mübarizəyə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər