12 yaşlı uşaq peşəkar boksçunu qətlə yetirdi
ABŞ-da 12 yaşlı yeniyetmə peşəkar boksçu, 24 yaşlı Con Vanmeteri güllələyərək öldürüb.
Sportfm.az xəbər verir ki, bu barədə Boxingscene məlumat yayıb.
Məlumata görə, hadisə Texas ştatında baş verib. İdmançı evdə qızı ilə dincələrkən mənzilə soxulmağa çalışan naməlum şəxsin səsini eşidib. Boksçu onun kimliyini araşdırmaq istəyib, qız isə polis çağırıb. Elə bu vaxt atəş səsi eşidilib. Boksçu döşəmə üzərində başından güllə yarası almış vəziyyətdə aşkar edilb.
Hadisə yerinə gələn polis əməkdaşları 12 yaşlı yeniyetməni şübhəli şəxs kimi saxlayıblar. Şahidlərin sözlərinə görə, o, hadisə yerindən gizlənməyə çalışırmış. Vanmeter xəstəxanaya aparılarkən aldığı xəsarətdən yolda ölüb.
Texas ştatının qanunlarına görə, hadisəni törətmiş yeniyetməni 40 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
Oxşar xəbərlər
Federasiya prezidenti güllələndi
Azərbaycanda peşəkar idmançı öz bacısını qətlə yetirdi - Olay
İranda polis boksçunu güllələdi, körpəsinə bibər qazı sıxdı - Vəhşilik
14 yaşlı yeniyetmə yaşıl meydanda öldü - Hadisə
Basketbolçu polislə atışmada öldürüldü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası