reklam
İranda polis boksçunu güllələdi, körpəsinə bibər qazı sıxdı -
Sportfm.az xəbər saytı

İranda polis boksçunu güllələdi, körpəsinə bibər qazı sıxdı -Vəhşilik


İranın paytaxtı Tehranın Pərdisan parkında xanımı Mariya Arefini həbs etməyə çalışan polis patruluna müqavimət göstərən İran millisinin keçmiş boksçusu Rza Muradxani polis zabiti tərəfindən güllələnib.

Sportfm.az xəbər verir ki, polis məmuru öncə cütlüyün və onların 10 aylıq körpəsinin üzərinə bibər qazı vurub. Rzanın dediyinə görə, 22-23 yaşlı zabit Rzanın bibər qazından gözləri heç bir yeri görmədiyi halda əvvəlcə havaya, daha sonra isə ona doğru birbaşa atəş açıb.  Boks üzrə çempion, Türkiyənin "Fənərbaxça" komandasının üzvü Rza Muradxani 4 güllə ilə ayağından və qarnından yaralanıb. Hadisə ilə bağlı polisin yalan iddialar səsləndirməsindən sonra cütlük "Şərq" qəzetinə açıqlama vermək qərarına gəlib. 

Xatırladaq ki, İranda polis patrul xidməti, əsasən qadınlara yersiz müdaxilələrlə guya hicaba riayət etmədikləri üçün, onları təhqir edirlər.

 

Oxşar xəbərlər

MMA döyüşçüsü polislə atışmada həyatını itirdi
İranda gənc idmançı işgəncələrlə öldürüldü - FOTO
17 yaşlı futbolçunu polis öldürdü - Hadisə
Azərbaycan klubunun matçında qarşıdurma - xeyli yaralı var
12 yaşlı uşaq peşəkar boksçunu qətlə yetirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər