• 04:05 Cümə
    31 Mart 2023
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
    • Footvolley
    • Teqball
reklam
reklam

"Qəbələ"dən rekord hesablı qələbə

"Qəbələ” yeni rekorda imza atıb. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” Premyer Liqadakı çıxışı tarixində ən böyükhesablı qələbəsini əldə etdi. Topaz Premyer Liqasının IV turunun "Neftçi” ilə səfər oyununda 8:0 hesabı ilə qalib gələn "Qəbələ” bunadək ən böyük qələbəsini 6 top fərqilə qazanmışdı. 2007-ci ildə noyabrın 11-də səfərdə "Gənclərbirliyi”ni, 2015-ci il oktyabrın 4-də öz meydanında "Xəzər Lənkəran”ı 6 cavabsız qolla məğlub edən "Qəbələ” rekordunu 2 top yaxşılaşdırıb. Bu, komandanın Premyer Liqada 22-ci böyükhesablı qələbəsidir.

I dəstədə 11, Azərbaycan kubokunda 8, Avropa Liqasında 1 dəfə 3 və ya daha çox top fərqilə qalib gələn "Qəbələ” 11 illik tarixində 42-ci dəfə böyük hesabla qələbə əldə edib.
"Qırmızı-qaralar” bütün yarışlardakı ən fərqli qələbə rekordunu da "Neftçi” ilə matçda təkrarlayıb. Belə ki, 2005-ci ildə yaranan komanda 11 illik tarixində 2-ci dəfə 8 top fərqilə qalib gəlib. "Qəbələ” ilk belə uğurunu 11 il öncə, "Göy-Göl” adlandığı vaxt qazanıb. 2005-ci il sentyabrın 21-də, tarixinin ilk rəsmi matçında "Şərur”a 8 cavabsız qol vuran komandamız I dəstədə imza atdığı nəticəni 4007 gündən sonra Premyer Liqada da təkrarlayıb.

Bu, həm də "Neftçi” üzərində 2-ci böyükhesablı qələbədir. 2012-ci il martın 11-də rəqibini 4:1 hesabı ilə yenən "Qəbələ" həmin vaxt evdə qalib gəlmişdisə, bu dəfə səfərdə qələbə qazanıb.
"Neftçi”nin qapısına 3 qol vuran Baqali Dabo "Qəbələ”nin tarixinə het-trik müəllifi olan 4-cü futbolçu kimi düşüb. Fransalıya qədər 3 futbolçu müxtəlif turnirlərdə bunu bacarmışdı. Teo Uiks 3 ay öncə UEFA Avropa Liqasında fərqlənmişdisə, Vüsal Qarayev ölkə kubokunun matçında 3 qol vurub. 
Dabo çempionatda "Qəbələ”nin ikinci het-trikini gerçəkləşdirib. Bunadək yeganə olan het-trik Fərzad Hatəminin hesabındadır. O, 2008/09 mövsümündə 2-ci turun MOİK-lə oyununda fərqlənmişdi. Bu matç 2008-ci il avqustun 18-də keçirilib. Hər iki het-trik səfərdə qeydə alınıb.
Qurbanov "Qəbələ”nin 39-cu dublunun müəllifi olub. O, bir oyunda 2 top vuran 27-ci futbolçudur. Bunadək 26 oyunçumuz 38 dubla imza atmışdı.

"Neftçi” ilə qarşılaşma bir neçə yubileylə də əlamətdar olub. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında 84-cü matçına çıxan "Qəbələ” 40-ci qələbəsini qazanıb. Mütəxəssislə 40-cı səfər matçı 20-ci qələbə ilə nəticələnib.

Ruslan Qurbanov və Petar Franyiç "qırmızı-qara” formada ilk matçlarına çıxıblar. Bunadək 207 futbolçunun xidmətindən yararlanan "Qəbələ”nin heyətində oynayanların sayı 209-a çatıb. Premyer Liqada isə bu rəqəm 193 olub.

Ruslan Qurbanov "Qəbələ”dəki ilk oyununda qol hesabını açıb. Bu matçadək 111 futbolçusu qol vuran komandada 112-ci oyunçu rəqib qapısına yol tapıb. Filip Ozobiç və Vitali Vernidubun da Premyer Liqada qol hesabını açdığını nəzərə alsaq, hər 3 oyunçu çempionatda fərqlənənlərin sayını 85-ə çatdırıb.
Teo həm də "Qəbələ”nin tarixində 3-cü het-trik müəllifi olub. Bu oyunadək futbolçular yalnız 2 dəfə - 1 dəfə Azərbaycan kuboku, 1 dəfə Premyer Liqada bunu bacarıblar.
"Neftçi” – "Qəbələ” qarşılaşmasında 7-ci top rəqibin avtoqolu sayəsində gerçəkləşib. Jairo Rodrigesin öz qapısına vurduğu qol "qırmızı-qaralar”ın tarixində 13-cü rəqib avtoqoludur. Premyer Liqada isə 9-cu belə qol qeydə alınıb. Jairoya qədər Şəhriyar Rəhimov, Laşa Kasiradze, Kamil Hüseynov, Alves Dos Santos (hamısı AZAL), Aleksandr Malıgin ("Simurq”), Vüqar Bəybalayev ("Bakı”), Namiq Ələsgərov ("Qarabağ”) və 
Cəmil Hacıyev ("Sumqayıt”) öz qapısına qol vurmuşdu. İlqar İbrahimov ("Şərur”), Osman Umarov ("Şahdağ-2”) və Röyal Həsənov ("Viləş”) I dəstədə, Natiq Qasımov (MOİK) isə Azərbaycan kubokunda avtoqol müəllifi olublar.

"Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı Premyer Liqada ardıcıl 5-ci matçda qol buraxmayıb. Cari mövsümdə qapısını toxunulmaz saxlayan qolkiper ötən çempionatın son iki matçını da "quru” keçirmişdi. O, sonuncu dəfə mayın 11-də qapısında qol görüb. "Qarabağ”la görüşdə Dani Kintananın dubluna üzülən əlcək sahibi artıq 122 gündür qapısında top görmür. Həmin qarşılaşmada 2-ci qolu 32-ci dəqiqədə buraxan Dmitri 508 dəqiqəlik seriyaya malikdir.
скачать dle 10.4 UTF-8Forex для начинающих

11-09-2016
860
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
1-05-2020
“Qəbələ”də 5 het-trik, 1 poker, 1 penta-trik
“Qəbələ”də 5 het-trik, 1 poker, 1 penta-trik
9-03-2020
Premyer Liqada 31-ci, evdə 20-ci
Premyer Liqada 31-ci, evdə 20-ci
11-11-2019
"Qəbələ"nin 50-ci böyük hesablı qələbəsi
13-08-2018
"Qəbələ"dən Premyer Liqada 450-ci qol
1-12-2017
Xorvatiyalı futbolçu Samir Zərgərovu arxada qoydu
Xorvatiyalı futbolçu Samir Zərgərovu arxada qoydu
27-11-2017
Baqali Dabo
Baqali Dabo "Qəbələ"nin tarixinə necə düşdü?
20-12-2016
"Qəbələ" birinci dövrədə: 24 futbolçu, 9 qələbə, 31 xal, 30 qol
12-12-2016
"Qəbələ" Avroliqada: 21 futbolçu, 5 qələbə, 20 qol
27-11-2016
40-cı duel
40-cı duel
30-10-2016
Abdullayevdən Arazadək: “Qəbələ”nin rekordu qırıldı
Abdullayevdən Arazadək: “Qəbələ”nin rekordu qırıldı
27-10-2016
«Qəbələ» - «Neftçi»: 37-ci qarşılaşma
«Qəbələ» - «Neftçi»: 37-ci qarşılaşma
3-10-2016
"Qəbələ"dən növbəti rekord
26-09-2016
Bezotosnıdan yeni rekord
Bezotosnıdan yeni rekord
12-09-2016
Azərbaycan çempionatlarında ikinci dəfə
Azərbaycan çempionatlarında ikinci dəfə
11-09-2016
Rekord, antirekord və ilk
Rekord, antirekord və ilk
  Xəbər lenti
Türkiyənin üç klubu cəzalandı - UEFA tərəfindən 30.03.2023, 22:41
Yüksək Liqada yarımfinal mərhələsinə start verilib 30.03.2023, 22:32
Ramazanov Gəncədə qələbə qazanmaqdan dəm vurur 30.03.2023, 21:48
Ölkə çempionatına yekun vuruldu 30.03.2023, 21:30
342 milyon avro xərcləyəcəklər - Təmir üçün 30.03.2023, 20:55
"Neftçi" 12 top vura bildi - Yüksək Liqa 30.03.2023, 20:49
İstanbul klubu Qarabağa gedəcək 30.03.2023, 18:51
"Qalatasaray"dan "Qarabağ"a böyük jest - formaları satılacaq 30.03.2023, 17:24
Tovuzda hokkey hesabı - Qazanan oldu? 30.03.2023, 17:21
BÜTÜN XƏBƏRLƏR
Misli Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  27 71
2 Sabah 27 62
3 Neftçi 27 56
4 Zirə 27 37
5 Qəbələ  27 36
6 Turan 27 28
7 Kəpəz 27 22
8 Sumqayıt  27 21
9 Şamaxı  27 20
10 Səbail  27 18
Ətraflı
6-03-2023
"Leon Baku" FC pley-offda - UĞUR
22-03-2023
Uzun müddətli hazırlıq mərhələlərinin qısa təsviri
Uzun müddətli hazırlıq mərhələlərinin qısa təsviri
1-03-2023
Futbolçunun fiziki və texniki hazırlığı
Futbolçunun fiziki və texniki hazırlığı
22-03-2023
Messinin şam etdiyi restoranın qarşısında izdiham -
Messinin şam etdiyi restoranın qarşısında izdiham - VİDEO
12-03-2023
"Qalatasaray" klubu "Qarabağ"la qarşılaşa bilər
15-03-2023
Günün canlı yayımlanacaq qarşılaşmaları -
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
28-03-2023
CBC SPORT 12 nəfəri işdən çıxardı! - Nələr baş verir? -
CBC SPORT 12 nəfəri işdən çıxardı! - Nələr baş verir? - ÖZƏL
28-02-2023
"Qarabağ"ın qapıçısının cəzası nə olacaq? - FOTO
28-03-2023
Emin Mahmudov
Emin Mahmudov "Neftçi"ni tərk etmək istəyir! - Səbəb isə...
3-03-2023
Luka cəzalandı -
Luka cəzalandı - Amma şərti
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Araz Naxçıvan 5 15
2 MOİK 5 11
3 Turan Tovuz-2 4 9
4 Qəbələ-2 5 9
5 Neftçi-2 4 9
6 Qarabağ-2 5 7
7 Zirə-2 4 7
8 Şamaxı-2 5 7
9 Qaradağ Lökbatan 5 6
10 Mingəçevir 5 6
11 Səbail-2 4 6
12 Zaqatala 5 6
13 Sumqayıt-2 4 3
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb