Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Komandam rəqibdən çox üstün idi" –Vüqar Məmməd
Bu gün Antalyada təlim-məşq toplanışı çərçivəsində “Küveyt”in müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşmadan sonra U-19 yığmasının baş məşqçisi Vüqar Məmməd AFFA-nın rəsmi saytına fikirlərini bildirib.
Sportfm.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:
“Məşqlərdən və oyunlardan maksimum yararlanmağa çalışırıq. Hava şəraiti proqramımızı bir neçə dəfə dəyişməyə məcbur edir. Oyunla bağlı onu deyə bilərəm ki, komandam rəqibdən çox üstün idi. Yeganə çatışmayan amil o oldu ki, yaranmış epizodları qola çevirə bilmədik. Ustalıq səviyyəmizi oyundan oyuna yüksəltməliyik. Düşünürəm ki, bu gün qələbəni düşünməkdən çox kombinasiyalı oyunumuzu düzəltməliyik”.
Oxşar xəbərlər
Azərbaycan klubunu çalışdıran xorvatiyalı doğru yolda olduqlarını düşünür
"Almaniyadan daha çox qaçdıq" - Vüqar Məmməd
"Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi" - Vüqar Məmməd
“Taktiki planda oyunumuzu tədricən düzəltməliyik” - Vüqar Məmməd
"Bərpa keçməyə zaman qalmayacaq" - Vüqar Məmməd
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası