"Almaniyadan daha çox qaçdıq" -Vüqar Məmməd
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün Almaniya yığması ilə keçirilmiş oyunla bağlı fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, o, millinin 0:2 hesablı məğlubiyyətini şərh edib:
“Qrupun favoriti, güclü Almaniya yığmasına qarşı oynadıq. İlk oyundan fərqli olaraq, uşaqlar bu dəfə tapşırığı yerinə yetirdilər. Almaniya kimi güclü komandaya qarşı 90 dəqiqə eyni tempdə mübarizə aparmaq çox çətindir. Komanda olaraq rəqibdən daha çox qaçdıq, mübarizə apardıq. Məhz bu amilə görə futbolçularımı təbrik edirəm. Rəqib qapısında yaranmış epizodları dəyərləndirə bilsəydik, hesab arasındakı fərq az ola bilərdi. Bu qarşılaşma, bizim üçün böyük təcrübə oldu. Növbəti – sonuncu oyuna hazırlaşacağıq”.
Milli komanda Yunanıstan və Almaniyaya məğlubiyyətdən sonra qrupda qalıb. Komanda son turda Qazaxıstanla qarşılaşacaq.
Oxşar xəbərlər
"Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi" - Vüqar Məmməd
"Komanda oyundan oyuna yüksəlişdədir" - Vüqar Məmməd
Vüqar Məmməd: "Rəqibimizdən üstün oynadıq"
Vüqar Məmməd: "Həddindən artıq istəkli olmağımız...
Millimizin baş məşqçisi: "Kamran Quliyevə klubunun xahişi ilə icazə verdik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası