reklam
Sportfm.az xəbər saytı

"Bərpa keçməyə zaman qalmayacaq" -Vüqar Məmməd


Sportfm.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə Macarıstan yığması ilə oyunla bağlı affa.az-a fikirlərini bildirib.
“Turnirdə çox güclü komandalar iştirak edir. Yeganə mənfi tərəfi oyunların hər gün keçirilməsidir. İstirahətə və bərpa keçməyə zaman qalmayacaq. Oyuna gəlincə, təəssüf ki, çox qol vəziyyətləri yaratmağımıza baxmayaraq, qələbə qazana bilmədik. Rəqib cərimə zərbəsindən sonra qol vurdu və bunun sayəsində qələbə qazandı. Amma futbolçularımızda istəyin olması sevindirici haldır. Növbəti oyunlarda xarakter nümayiş etdirib daha yaxşı oyun sərgiləcəyimizə və müsbət nəticə qazanacağımıza inanıram. Həmçinin, çalışıb ustalıq səviyyəmizi də artırmalıyıq”.
 
 

Oxşar xəbərlər

"Komanda oyundan oyuna yüksəlişdədir" - Vüqar Məmməd
"Komandam rəqibdən çox üstün idi" – Vüqar Məmməd
Vüqar Məmməd: "Çox istəkli idik"
Vüqar Məmməd: "Həddindən artıq istəkli olmağımız...
“Komandanın inkişaf etdiyinin şahidi oluruq” - Vüqar Məmməd

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər