Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
Sportfm.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilmiş mərasimdə Azərbaycan millisinin də rəqibləri bəlli olub. Püşkə əsasən, yığma Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya kollektivləri ilə birgə C qrupunda yer alıb.
Bu qrupun oyunları Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
A qrupu (Ankara): Türkiyə, Serbiya, Bolqarıstan, Fransa, Finlandiya, Yunanıstan
B qrupu (Lodz): Polşa, İtaliya, Belçika, Ukrayna, Portuqaliya, Sloveniya
C qrupu (Budapeşt): Macarıstan, Hollandiya, Xorvatiya, Azərbaycan, Rumıniya, Estoniya
D qrupu (Bratislava): Slovakiya, Rusiya, Almaniya, Belarus, İspaniya, İsveçrə
Qeyd edək ki, Avropa çempionatının oyunları 23 avqust – 8 sentyabrda Türkiyə (Ankara), Polşa (Lodz), Macarıstan (Budapeşt) və Slovakiyada (Bratislava) keçiriləcək. Final və 3-cü yer uğrunda oyun Türkiyənin paytaxtında gerçəkləşəcək. Reqlamentə əsasən, qrupda ilk 4 yeri tutacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Oxşar xəbərlər
Millimizin rəqibləri müəyyənləşdi - DÇ-2022
Millimiz Avropa çempionatında mübarizəyə başlayır
AÇ-2020: Millimiz üçün tanış rəqiblər
Azərbaycan İsveçlə eyni qrupda
Euro-2017: Polşa qalib gəldi, Türkiyə uduzdu - Nəticələr
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası